"Barselona" hücumçusunu satdı

13:39 - 26 İyun 2019

“Barselona” hücumçusu Mark Kardonanı “Osasuna”ya satıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, yeni mövsüm La Liqada mübarizə aparacaq klub 23 yaşlı futbolçunun transferi üçün kataloniyalılara 2,5 milyon avro təzminat ödəyib. İspaniyalı forvardla 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

 


Qeyd edək ki, Kardona 2016-cı ildən “Barselona”da çıxış edirdi. O, ötən mövsüm icarə əsasında “Eybar”da keçirib.

Xəbər xətti