İtaliya klubundan "Beşiktaş"a 7 milyonluq təklif

14:09 - 26 İyun 2019

İtaliyanın "Latsio" klubu "Beşiktaş"ın yarımmüdafiəçisi Dorukhan Toközü transfer hədəfinə alıb.

 

Sportal.az "Takvim"ə istinadən xəbər verir ki, Roma təmsilçisi Türkiyə millisinin üzvü üçün İstanbul klubuna rəsmi təklif göndərib. "Latsio" bonuslarla birgə "ağ-qaralar"a 7 milyon avro təklif edib.

 

Xəbərdə "Beşiktaş"ın 23 yaşlı yarımmüdafiəçi üçün 12 milyon avro tələb etdiyi qeyd edilib.

 

Qeyd edək ki, Dorukhan Toköz "Beşiktaş"a 2018-ci ildə "Əskişəhərspor"dan keçib.

 

Xəbər xətti