Mario Balotelli "Instagram"da Azərbaycan mahnısı paylaşdı

İtaliya millisinin üzvü Mario Balotelli "instagram" hesabında Azərbaycan mahnısı paylaşıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu sözləri və musiqisi Əsgər Osmanovun, ifaçısı Alicanın "Yandım, ay aman" mahnısını "düşüncələr..." başlığı ilə sosial şəbəkə hesabına yerləşdirib. Onun bu addımından sonra bir çox azərbaycanlı istifadəçi ona təşəkkür edib, bəziləri isə Marionu Azərbaycana dəvət edib. Şərhlər arasında "Come to "Sabail" yazanlar da var.

 

Mario Balotellinin "Marsel"dən ayrıldıqdan sonra yeni klubu bəlli olmayıb. Onun "instagram"da 8,8 milyon izləyicisi var.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 

#thoughts ...

A post shared by Mario Balotelli

Tarix: 26 İyun [15:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio