"Mançester Yunayted"dən 55 milyon avroluq transfer

17:41 - 26 İyun 2019

"Mançester Yunayted" növbəti transferini açıqlamağa hazırlaşır.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Kristal Pelas"ın sağ cinah müdafiəçisi Eron Uan-Bissakanı transfer edib. İngiltərənin U-21 millisi 24 saat ərzində tibbi müayinədən keçib, müqavilə bağlayacaq. Bu keçid üçün "Mançester Yunayted" London təmsilçisinə 55 milyon avro təzminat ödəyib. O, Mançester təmsilçisində həftəlik 90 min funt-sterlinq maaş alacaq.

 

Uan-Bissaka "Kristal Pelas"ın yetirməsidir.

Xəbər xətti