"Real"ın qadınlardan ibarət komandası qurulur

17:52 - 26 İyun 2019

İspaniyanın "Real" klubu 2020-ci ilin iyulun 1-dən beynəlxalq turnirlərdə iştirak edəcək qadın komandası yaratmağa qərar verdi.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 2014-cü ildə "Tacon" adıyla yaradılan qadın komandası 2020-ci ildən "Real" adlandırılacaq. 

 

İspaniyada "Barselona", "Atletiko", "Atletik", "Real Sosyedad" kimi klubların qadın komandası var.

 

Gələn mövsüm "Real"ın qadın komandasına 2 milyon avro büdcə ayıracağı gözlənilir.

Xəbər xətti