Cinsiyyət orqanını qadınlara göstərdiyi üçün millidən qovuldu

18:29 - 26 İyun 2019

Misir Futbol Federasiyası millinin üzvü Amr Vardanı heyətdən kənarlaşdırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb onun bir neçə gün əvvəl ispaniyalı model Merhan Kellerə "Whatsapp" və "Instagram"da seks xarakterli mesajlar yazması olub. Xanım model Yunanıstanın PAOK klubunda çıxış edən 25 yaşlı yarımmüdafiəçinin mesajlarını sosial şəbəkə hesabında paylaşmışdı.

 

Vardanın başqa qızlara cinsiyyət orqanını videoya çəkib göndərdiyi də aşkar olunub. O, danışdığı qızlardan lüt fotolar, videolar tələb edir.

 

Hadisədən sonra Misirdə futbolçuya böyük təzyiq yaranıb. Araşdırmalar aparan federasiya Vardanı yığmadan kənarlaşdırıb.

 

Misir yığması bu gün Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinc turunda Konqo DR ilə qarşılaşacaq.

Xəbər xətti