"Qarabağ"ın rəqibi məğlub oldu

00:18 - 27 İyun 2019

"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Albaniyanın "Partizani" klubu Sloveniyada təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Tirana təmsilçisi Sloveniyanın “Mura” klubu ilə qarşılaşıb və 1:2 hesabı ilə uduzub.

 

Paytaxt klubu bundan əvvəl yoxlama görüşündə Bosniya və Hersoqovina təmsilçisi “Sarayevo”ya məğlub olmuşdu - 1:5.

 

Qeyd edək ki, “Qarabağ”la “Partizani” arasındakı ilk oyun iyulun 10-da Tiranada, cavab qarşılaşması ilə bir həftə sonra Bakıda keçiriləcək.

Xəbər xətti