"Çelsi" "Real"ın futbolçusunu transfer etdi

00:25 - 27 İyun 2019

"Çelsi" ötən il "Real"dan icarəyə götürdüyü xorvatiyalı futbolçu Mateo Kovaçiçin transfer hüququna yiyələnməyə qərar verib.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, London təmsilçisi bu keçid üçün 50 milyon avrosundan keçib.

 

Xəbərdə "Çelsi"nin baş məşqçi postuna keçməyə yaxın olan Frenk Lempardın bu transferə razılıq verdiyi qeyd edilib.

 

Kovaçiç ötən mövsüm "Çelsi"də 51 oyuna 2 assist edib.

 

"Real" 25 yaşlı yarımmüdafiəçini 2015-ci ildə 29 milyon avroya transfer etmişdi.

Xəbər xətti