"Atletiko" "Benfika"nın futbolçusunu 126 milyona transfer etdi

01:26 - 27 İyun 2019

Portuqaliyanın "Benfika" klubu hücumçusu Joau Felişi İspaniya "Atletiko"suna satdığını açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Lissabon klubu bu keçid üçün qarşı tərəfdən 126 milyon avro təzminat alıb.

 

Madrid klubu transferlə bağlı məlumat yaymayıb.

 

Portuqaliya millisinin üzvü 2015-ci ildə "Benfika"nın akademiyasına keçib və peşəkar karyerasına bu klubda başlayıb.

 

19 yaşlı futbolçu ötən mövsüm 43 oyuna 20 qol vurub, 11 assist edib.

Xəbər xətti