Premyer Liqada legioner limiti dəyişdirildi

Rusiya Premyer Liqasında legioner limitiylə bağlı dəyişiklik edilib.

 

Sportal.az Rusiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, İcraiyyə Komitəsinin qərarına əsasən, 2020/2021 mövsümündən etibarən Premyer Liqada legioner limiti 8+17 olacaq. Klublara 25 nəfərlik iştirak ərizəsinə 8 legioner oyunçunu qeyd etmək icazəsi verilib . Həmin 8 legioner eyni anda meydanda ola bilər.

 

Dəyişikliklər bəzi klubların işini çətinə salacaq. Son çempion "Zenit"in heyətində 14 əcnəbi var. Sankt-Peterburq təmsilçisi gələn mövsüm bəzi futbolçularla vidalaşmalı olacaq. "Krasnodar"da isə 9 legionerin ən azı iki illik müqaviləsi mövcuddur.

 

Rusiya milli komandasının baş məşqçisi Stanislav Çerçesov dəyişiklikdən məmnun olduğunu bildirib:

 

"Limitə görə sevindim. Bununla da hər kəs üçün rəqabət olacaq. Hamının oynamaq fürsəti var. Rəqabət bizə faydalıdır".

 

Hazırda Rusiya Premyer Liqasında limit 6+5-dir. Meydana ən çox 6 əcnəbi futbolçu çıxa bilər. Gələn mövsümdən yeni qayda tətbiq ediləcək.

Tarix: 27 İyun [10:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio