"Barselona" yeni transferinə 200 milyon qiymət qoydu

13:07 - 27 İyun 2019

"Barselona" yeni transferini rəsmən açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Valensiya"nın qapıçısı Netonu rənglərinə bağlayıb. 29 yaşlı qolkiperin transferi üçün 26+9 milyon avro təzminat ödənilib. Braziliyalı əlcək sahibinin sərbəst qalma qiyməti 200 milyon avro təyin edilib.

 

Neto "Valensiya"ya 2017-ci ildə 9 milyon avroya "Yuventus"dan keçmişdi.

 

Qeyd edək ki, "Valensiya" "Barselona"nın 28 yaşlı hollandiyalı qapıçısı Yasper Silleseni 35 milyon avroya transfer edib.

Xəbər xətti