"Qarabağ"ın cavab oyununun vaxtı açıqlandı

13:44 - 27 İyun 2019

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Partizani" (Albaniya) oyununun vaxtı açıqlanıb.

 

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da start götürəcək.

 

Cütün ilk oyunu iyulun 10-u, Bakı vaxtı ilə 19:30-da Tiranadakı "Selman Stermazi" stadionunda baş tutacaq.

 

“Qarabağ” “Partizani” səddini aşacağı təqdirdə, növbəti mərhələdə “Dandolk” (İrlandiya) – “Riqa” (Latviya” cütünün qalibi ilə qarşlaşacaq.

Xəbər xətti