"Səbail" üçüncü yoxlama oyununa çıxır

00:50 - 28 İyun 2019

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün üçüncü yoxlama oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Klinçeni” klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 19:30-da başlayacaq.

 

“Səbail” toplanış çərçivəsində Bolqarıstan klubları ilə qarşılaşıb. "Dənizçilər" “Lokomotiv”ə (Plovdiv) 0:1, “Beroe” klubuna isə 0:4. hesabı ilə uduzub.

 

Xəbər xətti