"Neftçi"nin potensial rəqibinə 9,5 milyon dollar maliyyə ayrıldı

11:17 - 28 İyun 2019

Rusiyalı iş adamı Alişer Usmanov yerli "Arsenal" (Tula) klubuna maliyyə dəstəyi ayırıb.

 

Sportal.az "Sport Ekspress"ə istinadən xəbər verir ki, avrokuboklara vəsiqə qazanan Rusiya klubu maliyyə dəstəyi axtarıb. Özbək əsilli Usmanov kluba 600 milyon rubl (9,5 milyon dollar) ayırıb.

 

İş adamı daha öncə də Tula təmsilçisinə maliyyə dəstəyi olub.

 

65 yaşlı biznesmen ötən ilin avqustunda İngiltərənin "Arsenal" klubunun səhmlərinin 30 faizini 550 milyon funt-sterlinqə almışdı.

 

"Arsenal" ötən mövsüm Rusiya Premyer Liqasında 6-cı yeri tutub və Avropa Liqasına yüksəlib. Komandanın Avropa Liqasının II təsnifat mərhələsində rəqibi "Neftçi" - "Sperantsa" (Moldova) cütünün qalibi olacaq.

Xəbər xətti