"Səbail" Rumıniya klubu ilə bərabərə qaldı

22:33 - 28 İyun 2019

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün üçüncü yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Rumıniyanın “Klinçeni” klubu ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

“Səbail” toplanış çərçivəsində Bolqarıstan klubları ilə qarşılaşıb. "Dənizçilər" “Lokomotiv”ə (Plovdiv) 0:1, “Beroe” klubuna isə 0:4. hesabı ilə uduzub.

 

Yoxlama oyunu

28 iyun

 

19:30 Səbail – Klinçeni (Rumıniya) - 0:0

Xəbər xətti