Cinsiyyət orqanını qadınlara göstərən futbolçu ilə bağlı yeni qərar

17:48 - 28 İyun 2019

"Instagram"da modellərə əxlaqsız mesajlar yazan Misir millisinin üzvü Amr Vardanı federasiya yığmadan uzaqlaşdırmışdı.

 

Sportal.az xəbər verir ki, komandanın kapitanı Məhəmməd Salah və digər üzvləri federasiyaya müraciət edib və 25 yaşlı futbolçunun əfv edilməsini istəyib. Müraciətdən sonra oyunçu yığmaya qoşulub.

 

Yunanıstanın PAOK klubunda çıxış edən Varda "facebook" səhifəsində video paylaşıb və əməlinə görə üzr istəyib.

 

Misirli yarımmüdafiəçi ispaniyalı model Merhan Kellerə "Whatsapp" və "Instagram"da seks xarakterli mesajlar yazmışdı. Xanım model futbolçunun mesajlarını sosial şəbəkə hesabında paylaşmışdı.

 

Vardanın başqa qızlara cinsiyyət orqanını videoya çəkib göndərdiyi də aşkar olunmuşdu. O, danışdığı qızlardan lüt fotolar, videolar tələb edib. Buna görə də federasiya onu yığmadan uzaqlaşdırmışdı.

 

Hadisədən sonra Misirdə futbolçuya böyük təzyiq yaranıb.

 

Xəbər xətti