Qurban Qurbanov: "İstədiyimiz səviyyəyə çatmamışıq"

23:23 - 28 İyun 2019

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün yoxlama oyununda Rusiyanın “Ufa” klubunu 2:1 hesabıyla məğlub edib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqda fikirlərini bildirib: 

 

“Pis oyun alınmadı. Bu gün daha az səhv etdik və əvvəlki oyunlara nisbətən daha hazırlıydıq. Əlbəttə ki, çatışmazlıqlarımız çoxdu, hələ tam istədiyimiz səviyyəyə çatmamışıq. Futbolçular çox məsuliyyətlə hazırlaşırlar. Qarşıdakı son yoxlama oyununa da ciddi hazırlaşacağıq”.

Xəbər xətti