Argentina Braziliyaya rəqib oldu - VİDEO

01:01 - 29 İyun 2019

Kopa Amerika turnirində 1/4 final mərhələsinin görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Argentina yığması Venesuelaya 2:0 hesabı ilə qalib gəlib və yarımfinala yüksəlib.

 

Argentina millisi yarımfinalda təşkilatçı ölkə - Braziliya ilə üz-üzə gələcək. Oyun iyulun 3-ü, Bakı vaxtı ilə 04:30-da başlayacaq.

 

Kolumbiya - Çili və Uruqvay - Peru matçlarından sonra digər yarımfinalçılar müəyyənləşəcək.

 

Venesuela - Argentina - 0:2

Qollar: Lautaro Martines, 10, Covani Lo Selso, 75

 

 

 

Xəbər xətti