"Neftçi" "Vorskla"ya uduzdu

18:12 - 30 İyun 2019

"Neftçi" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" Ukraynanın "Vorskla" klubu ilə qarşılaşıb. "Fenerbahçe Topuk Yaylası Resort and Sport" otelinin meydançasındakı matçda "Neftçi" 2:3 hesabı ilə uduzub.

 

Qeyd edək ki, ilk sınaq matçında "SKA-Xabarovsk"a (Rusiya) 3:1 hesabı ilə qalib gələn "Neftçi"nin Rumıniyanın "Politexnika İaşi" klubu ilə oyunu güclü duman səbəbindən yarımçıq qalmışdı. Paytaxt təmsilçisi iyulun 1-də Türkiyə toplanışını başa vuraraq vətənə qayıdacaq.


Yoxlama oyunu

30 iyun

 

15:00. "Neftçi" - "Vorskla" - 2:3
Qollar
: Vangelis Platellas, 29, Dario Frederiko, 33, - Rebenok, 8  Martinenko, 71, Kravçenko, 90+2 (pen.)

 

"Neftçi": 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36. Mamadu Kane;

 

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 7. Namiq Ələsgərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 20. Elnur Süleymanov, 32. Mirkamil Əliyev, 33. Turan Vəlizadə, 37. Vüsal Əsgərov, 47. Əsgər Hüseynov, 80. İsmayıl Zülfüqarlı, 85. Şöhrət Yusifov;

 

Baş məşqçi Roberto Bordin.

Xəbər xətti