Donald Gerye Haitini yarımfinala yüksəltdi VİDEO

11:54 - 30 İyun 2019

KONKAKAF "Gold cup 2019" turnirində 1/4 final mərhələsinə start verilib.

 

Sportal.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Donald Geryenin çıxış etdiyi Haiti millisi Kanadayla qarşılaşıb.

 

İlk hissədə 0:2 hesabı ilə geri düşən haitililər fasilədən sonra üç qol vuraraq fantastik geri dönüşə imza atıblar. Haitinin üçüncü qoluna Donald Gerye imza atıb.

 

Start heyətdə oyuna başlayan 30 yaşlı yarımüdafiəçi 83-cü dəqiqədə əvəz edilib.

 

Haiti yarımfinalda Meksikayla qarşılaşacaq. Oyun iyulun 3-ü Bakı vaxtı ilə 06:00-da başlayacaq.

 

Xəbər xətti