"Mançester Siti"dən David Silvaya jest

13:46 - 30 İyun 2019

Son İngiltərə çempionu "Mançester Siti" yeni mövsüm üçün kapitanı müəyyənləşdirib.

 

Sportal.az "Daily Mirror" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi David Silva "şəhərlilər"in kapitanı olacaq. Mançester təmsilçisi Vensan Kompaninin ayrılığından sonra kapitan bazubəndini 33 yaşlı futbolçuya həvalə edib.

 

David Silva gələn mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

 

İspaniya millisinin sabiq üzvü "Mançester Siti"də 2010-cu ildən çıxış edir. O, bu müddətdə 396 oyun keçirib, 71 qol vurub, 129 assist edib və 11 titul qazanıb.

Xəbər xətti