Emil Balayevdən daha bir uğurlu oyun - 630 dəqiqə oldu!

18:46 - 30 İyun 2019

Qazaxıstan Premyer Liqasında 16-cı turun görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Jetısu"nu 1:0 hesabı ilə məğlub edib.

 

Emil Balayev qarşılaşmaya start heyətdə başlayıb və sonadək meydanda olub.

 

25 yaşlı əlcək sahibi Premyer Liqada 630 dəqiqədir ki, qapısında qol görmür. Emil bu göstəriciyə görə Qazaxıstan çempionatında liderdir.

 

"Tobol" 38 xalla Premyer Liqanın lideridir.

 

Xəbər xətti