İsveçrə millisinin üzvü göldə yoxa çıxdı

00:07 - 1 İyul 2019

İsveçrə millisinin və "Yanq Boyz"un qadınlardan ibarət komandasının üzvü Floriyana İsmaili Komo gölündə yoxa çıxıb.

 

Sportal.az xəbər verir ki, dostları ilə üzməyə gedən Kosovo əsilli qadın futbolçu gölə girdikdən sonra tapılmayıb.

 

24 yaşlı yarımmüdafiəçini tapmaq üçün xilasedicilər işə başlayıb.

 

"Yanq Boyz" klubu komandanın kapitanı ilə bağlı açıqlama verib: "Axtarışlar davam edir.  Böyük narahatlıq var. Ümidimizi itirmirik".

 

İtaliyanın Lombardiya vilayətinində yerləşən "Y" şəkilli gölün kiçik hissəsi İsveçərəyə də düşür. Komo gölünün ən dərin nöqtəsi 414 metrdir.

Xəbər xətti