"Səbail"in sonuncu oyununda məğlub oldu

22:32 - 1 İyul 2019

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün dördüncü yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Şimali Makedoniyanın “Makedoniya GP” klubu ilə üz-üzə gəlib və 0:1 hesabı ilə uduzub.

 

“Səbail” toplanış çərçivəsində Bolqarıstan təmsilçiləri - Plovdiv “Lokomotiv”i (0:1) və “Beroe”yə (0:4) uduzub. "Dənizçilər" Rumıniyanın “Klinçeni” klubu ilə 0:0 hesablı heç-heçə edib.

Xəbər xətti