İquain "Çelsi"dən ayrıldı

14:23 - 1 İyul 2019

İngiltərənin “Çelsi” klubu beş futbolçusu ilə yolları ayırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, London təmsilçisi qapıçıları - Robert Qrin və Eduardu, müdafiəçi Qari Kehill, yarımmüdafiəçi Kayl Skott və hücumçu Qonsalo İquainlə yolları ayırdığını açıqlayıb.

 

 

 

Robert Qrin daha öncə karyerasını başa vurduğunu açıqlamışdı.

 

Qonsalo İquain isə müqavilə ilə məxsus olduğu "Yuventus"a qayıdıb.

Xəbər xətti