Azərbaycan millisinin sabiq üzvü Latviya klubundan ayrıldı

16:07 - 1 İyul 2019

Azərbaycan millisinin üzvü Vüqar Əsgərov Latviyanın "Dauqavpils" klubundan ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə klubun "Facebook" səhifəsi məlumat yayıb. Klub 34 yaşlı futbolçuya göstərdiyi xidmət üçün təşəkkür edib.

 

Vüqar 2018-ci ildən "Dauqavpils"də çıxış edirdi. Təcrübəli forvard Azərbaycanda "Sumqayıt", "Araz-Naxçıvan" və "Sumqayıt" klublarında çıxış edib.

 

Qeyd edək ki, "Dauqavpils"də azırbaycanlı futbolçular - Tural Bayramovla Elvin Sərkərov da çıxış edir.

Xəbər xətti