Azərbaycanlı futbolçu "Bakı"nın sabiq baş məşqçisinin komandasında

Latviyanın "Dauqavpils" klubundan ayrılan Azərbaycan millisinin sabiq üzvü Vüqar Əsgərovun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı forvard karyerasını Latviyada davam etdirəcək. Təcrübəli hücumçu yüksək liqa təmsilçisi "Liepaya" ilə müqavilə imzalayıb.

 

"Liepaya"nın baş məşqçisi "Bakı" klubunun sabiq çalışdırıcısı Aleksandr Starkovdur. 57 yaşlı latviyalı mütəxəssis 2011/12 mövsümündə paytaxt klubunu çalışdırıb.

Tarix: 1 İyul [17:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Oktyabr 2019
18  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio