"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

00:00 - 2 İyul 2019

"Qarabağ" bu gün Avstriyada sonuncu yoxlama oyununu keçirəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, Çexiyanın "Viktoriya" klubu ilə baş tutacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Bakı vaxtıyla 20:00-da deyil, 19:00-da start götürəcək.

 

 

Qeyd edək ki, "Qarabağ" daha öncə Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.

 

Xəbər xətti