"Zenit" ulduz futbolçu ilə yolları ayırdı

00:43 - 2 İyul 2019

Rusiyanın "Zenit" klubunda ayrılıq reallaşıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi italiyalı futbolçusu Klaudio Markizio ilə yolları ayırıb. Klub italiyalı futbolçunun 2020-ci ildə bitəcək müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.

 

33 yaşlı yarımmüdafiəçi ötən mövsüm dizindən ciddi zədə alıb.

 

Qeyd edək ki, Markizio "Yuventus"un yetirməsidir və 2005-ci ildə Turin klubunun əsas komandasına qalxmışdı.

 

Xəbər xətti