Emil Balayev rəmzi komandada FOTO

11:02 - 2 İyul 2019

"Sports.kz" saytı Qazaxıstan Premyer Liqasının XVI turunun rəmzi komandasını müəyyənləşdirib.

 

Sportal.az xəbər verir ki, simvolik komandada Azərbaycan millisinin və "Tobol"un qapıçısı Emil Balayev də yer alıb.


Emil komandasının səfərdə "Jetısu" üzərində 1:0 hesablı qələbə qazanmasında pay sahibi olub. 25 yaşlı əlcək sahibi bir neçə epizodda komandasını qoldan xilas edib.

 

Emil Balayev çempionatda artıq ardıcıl 7-ci oyundur ki, qol buraxmır (630 dəqiqə). Milli üzvü bu göstəriciyə görə Qazaxıstan çempionatında liderdir.

 

Xəbər xətti