Koutinyo "Liverpul"a qayıdır?

"Liverpul" ötən il "Barselona"ya 145 milyon avroya satdığı Filipe Koutinyonu transfer etmək istəyir.

 

Sportal.az "Le10sport"a istinadən xəbər verir ki, kataloniyalılardan ayrılmaq istəyən braziliyalı futbolçu "Liverpul"a qayıtmağa müsbət yanaşır. 27 yaşlı yarımmüdafiəçi təklif gələcəyi halda, "qırmızılar"la anlaşmağa çalışacaq.

 

"Barselona" PSJ və "Mançester Yunayted"in də maraqlandığı iddia edilən futbolçunun keçidi üçün 100 milyon avro tələb edir.

 

Braziliya millisinin üzvü ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.

Tarix: 2 İyul [11:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio