Emil Balayevi rekorddan 292 dəqiqə ayırır

13:44 - 2 İyul 2019

Qazaxıstanın "Tobol" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayev rekord qıra bilər.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 7 oyundur qapısını toxunulmaz saxlayan 25 yaşlı əlcək sahibi növbəti 292 dəqiqə qol buraxmasa, Qazaxıstan çempionatının tarixinə düşəcək. Emil hazırda 630 dəqiqədir ki, qapısında qol görmür və bu göstəricidə Premyer Liqada liderdir.

 

"Kayrat"ın keçmiş qapıçısı Sergey Boyçenko 2005/2006 mövsümündə 921 dəqiqə qapısından qol buraxmamışdı. Emil Balayev növbəti 3 oyunu və 4-cü qarşılaşmanın ilk 22 dəqiqəsini qol buraxmadan tamamlasa, tarixə düşəcək. 

 

"Tobol" növbəti tur "Astana"nı qəbul edəcək. 

Xəbər xətti