Rafael Benites Çin klubunda

14:44 - 2 İyul 2019

İngiltərənin “Nyukasl” klubundan ayrılan ispaniyalı baş məşqçi Rafael Benitesin yeni iş yeri məlum olub.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis Çin Super Liqasında çıxış edən “Dalyan İfan” klubuna baş məşqçi təyin olunub. Onun illik maaşı 13,4 milyon avro olacaq.

 

Benites "Valensiya", "Liverpul", "İnter", "Çelsi", "Napoli", "Real" kimi klubları çalışdırıb.

Xəbər xətti