"Neftçi"nin "Sperantsa" ilə oyununda erməni hakim-inspektor

17:15 - 2 İyul 2019

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" və "Neftçi" arasında keçiriləcək ilk oyunun təyinatları açıqlanıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, oyun Şimali İrlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Tim Marşal olacaq. Ona Pol Robinson və Odri Neteri kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tomas Entoni Klark yerinə yetirəcək. UEFA nümayəndəsi Anna Bordyuqova (Ukrayna), hakim-inspektor isə Gevorq Hovhannisyan (Ermənistan) olacaq.


İyulun 11-də "Zimbru” stadionunda keçiriləcək "Sperantsa” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Xəbər xətti