Qurban Qurbanov: "Oyundan oyuna daha yaxşı performans göstəririk"

22:50 - 2 İyul 2019

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün sonuncu yoxlama oyununda Çexiyanın "Viktoriya" klubuyla 2:2 hesablı heç-heçə edib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:

 

"Yaxşı oyun alındı. Hesabın 2:2 başa çatmasına baxmayaraq, matçda istədiyimiz çox şey alındı. İkinci hissədə çox dəyişiklik etdik, oyunun balansı bir az pozuldu. Son sınağımız idi, hər oyundan oyuna daha da yaxşı performans göstərdik. İki günlük istirahətin ardından "Partizani"ylə görüşün hazırlıqlarına başlayacağıq".

Xəbər xətti