Futbol dünyasına üzücü xəbər: isveçrəli futbolçunun cəsədi tapıldı

23:18 - 2 İyul 2019

Komo gölündə itkin düşən İsveçrə millisinin və "Yanq Boyz"un qadınlardan ibarət komandasının üzvü Floriyana İsmailidən üzücü xəbər gəlib.

 

Sportal.az xəbər verir ki, axtarışların üçüncü günündə 24 yaşlı yarımmüdafiəçinin cansız bədəni tapılıb. Cəsəd 204 metr dərinlikdən çıxarılıb.

 

Dostları ilə üzməyə gedən Kosovo əsilli qadın futbolçu gölə girdikdən sonra yoxa çıxmışdı.

 

Futbol dünyasının bir çox məşhur siması ölüm xəbərinə biganə qalmayıb.

 

Floriana İsveçrə yığmasında 33 oyun keçirmişdi.

 

İtaliyanın Lombardiya vilayətinində yerləşən "Y" şəkilli gölün kiçik hissəsi İsveçərəyə də düşür. Komo gölünün ən dərin nöqtəsi 414 metrdir.

Xəbər xətti