Dünya çempionatının ilk finalçısı bəlli oldu

01:00 - 3 İyul 2019

Fransada keçirilən qadınların dünya çempionatında ilk finalçı bəlli olub.

 

Sportal.az xəbər verir ki, yarımfinalın ilk matçında ABŞ İngiltərə ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn amerikalılar həlledici oyuna vəsiqə əldə edib.

 

Digər yarımfinal görüşündə İsveçlə Hollandiya üz-üzə gələcək.

 

Dünya çempionatının finalı iyulun 7-də baş tutacaq.

 

ABŞ - İngiltərə - 2:1

Qollar: Ellen Uayt, 19 - Kristen Press, 10, Aleks Morqan, 31

Xəbər xətti