"Mançester Yunayted" De Xeanı ən zəngin qapıçı edir

00:33 - 4 İyul 2019

İngiltərənin "Mançester Yunayted" klubu qapıçısı David de Xea ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb.

 

Sportal.az "The Times"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı qapıçının həftəlik maaşını 350 min funt-sterlinq etmək istəyir. Yaxın günlərdə tərəflərin anlaşacağı gözlənilir.

 

28 yaşlı qapıçı 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.

Xəbər xətti