Buffondan maraqlı seçim

PSJ-dən “Yuventus”a transfer olan Canluici Buffonun Turin klubunda forma nömrəsi bəlli olub.

 

Sportal.az xəbər verir ki, 41 yaşlı qapıçı "ağ-qaralar"da 77 nömrəli forma ilə çıxış edəcək. O, kapitanlıqdan imtina etdiyini də deyib:

 

"Voysex Şesni mənə "1 nömrə"ni, Kyellini isə kapitanlığı verirdi. Ancaq mən bunu qəbul etmədim. 77 nömrəli formanı seçmişəm".

 

Buffon bir illik PSJ karyerasından sonra "Yuventus"a qayıtdı. Onunla bir illik müqavilə imzalanıb.

Tarix: 5 İyul [00:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio