Zola Lempardla çalışmaq istəmədi

01:01 - 5 İyul 2019

İngiltərənin “Çelsi” klubunun əsas komandasında məşqçi çalışan Canfranko Zola londonluları tərk edib.

 

Sportal.az klubun saytına xəbər verir ki, italiyalı mütəxəssis Frenk Lempardın baş məşqçi təyin edilməsindən sonra getməyə qərar verib.

 

52 yaşlı mütəxəssis "Çelsi"də ötən mövsüm Maurisio Sarrinin köməkçisi kimi çalışıb.

 

Veteran hücumçu 1996-2003-cü illərdə "Çelsi"də çıxış edib.

Xəbər xətti