8 il sonra yenidən "Qarabağ"la yolu kəsişdi

14:29 - 5 İyul 2019

Çempionlar Liqasının I təsnifat mərhələsində keçiriləcək "Partizani" - "Qarabağ" matçını islandiyalı hakim Tovlandur Arnason idarə edəcək.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı hakim avrokuboklarda ikinci dəfə Ağdam klubunun matçını idarə edəcək.

 

Arnason 2011-ci ildə "Qarabağ"ın Avropa Liqasının I təsnifat mərhələsində Litvanın "Banqa" klubu ilə səfər görüşünü idarə etmişdi. Ağdamlıların 4:0 hesablı qələbəsi islandiyalı referin avrokuboklarda idarə etdiyi ilk matç olub.

 

Arnason 38 beynəlxalq görüş idarə edib. O, bu görüşlərdə 4 penalti təyin edib, 141 sarı və 6 qırmızı vərəqə göstərib.

 

Holvardur 2015-ci ilin oktyabrın 9-da Avstriya və Azərbaycanın U-21 yığmaları arasında keçirilən Avropa çempionatının seçmə mərhələ oyununda 4-cü hakim funksiyasını yerinə yetirib. Bu görüşdə Azərbaycan yığması 0:7 hesabı ilə uduzub.

 

Xəbər xətti