Mərakeş mübarizəni dayandırdı - VİDEO

01:11 - 6 İyul 2019

Afrika Millətlər Kubokunda 1/8 final mərhələsi start götürüb.

 

Sportal.az xəbər verir ki, Mərakeş yığması Beninlə üz-üzə gəlib. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişməyib. Penalitlər seriyasında daha dəqiq oynayan Benin yığması 1/4 finala yüksələn tərəf olub.

 

Benin 1/4 finalda Seneqalla qarşılaşacaq.

 

Afrika Millətlər Kuboku, 1/8 final

 

Mərakeş - Benin - 1:1 (pen. 1:4)

Qollar: Yussef En-Nesyri, 76 - Moise Adilehou, 53

Qeyri-dəqiq penalti: Hakim Zieş, 90+6 (Mərakeş)

 

 

Xəbər xətti