"Neftçi"də yeni müqavilə

19:43 - 6 İyul 2019

“Neftçi”də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Namiq Ələsgərovla 2019/2020 mövsümünün sonunda bitməli olan müqavilənin müddətini artırıb. Anlaşmaya görə, 24 yaşlı yarımmüdafiəçi 2020/2021 mövsümünün sonunadək "ağ-qara" formanı geyinəcək.

 

Azərbaycan millisinin üzvü 2016-2019-cu illər ərzində “Neftçi”nin heyətində 70 oyuna çıxıb, 12 qol vurub.

Xəbər xətti