Medellə Messi dalaşdı, hər ikisi qırmızı vərəqə aldı - VİDEO

00:41 - 7 İyul 2019

Kopa Amerika turnirinin 3-cü yer uğrunda görüşündə Argentina Çiliylə qarşılaşır.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın 37-ci dəqiqəsində Çilinin yarımmüdafiəçisi Qari Medel Argentinanın kapitanı Lionel Messini çiyni ilə vurub. Qarşılaşmanın baş hakimi Mario Dias de Vivara hər iki futbolçuya qırmızı vərəqə göstərib.

 

Messi sonuncu dəfə 2005-ci ildə Macarıstanla yoxlama görüşündə qırmızı vərəqə alıb. 32 yaşlı əfsanə "Barselona"da qırmızı vərəqə görməyib.

 

 

Xəbər xətti