Çempionlar Liqasında mühüm dəyişiklik

11:10 - 7 İyul 2019

UEFA Çempionlar Liqası ilə bağlı mühüm dəyişikliyə hazırlaşır.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, ÇL-də yarımfinala qədər irəliləyən 4 komanda növbəti mövsüm turnirdə birbaşa qrup mərhələsindən mübarizəyə başlayacaq. Bununla bağlı rəsmi qərar sentyabrın 11-də baş tutacaq konqresdə veriləcək.

 

Belə dəyişikliyə "Ayaks"ın yarımfinala qədər irəlilələməsi, ancaq bu mövsüm pley-off mərhələsindən mübarizəyə başlaması böyük səbəb kimi göstərilir.

Xəbər xətti