Messidən şok sözlər: "Korrupsiya və hakimlər futbolu məhv edir"

10:32 - 7 İyul 2019

Çilini 2:1 hesabı ilə məğlub edən Argentina yığması Kopa Amerika turnirini üçüncü yerdə başa vurub. Oyundan sonra Argentinanın kapitanı Lionel Messi açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı ulduz futbolçu mükafatlandırma mərasiminə qatılmaması barədə danışıb:

 

"Medalı almağa getmədim, çünki mərasimin bir parçası olmaq istəmədim. Qari Medellə mənə sarı vərəqə verilsəydi, kifayət idi. Turnir ərzində bizə hörmət göstərilmədi".

 

Messi hakimlərin ədalətsizliyi ilə üzləşdiklərini deyib:

 

"Korrupsiya və hörmətsizliyin qurbanı olmamalıyıq. Daha yaxşı yerə layiq idik, amma üçüncü olduq. Hakimlər finala getməyimizə imkan vermədilər. Korrupsiya və hakimlər insanların futboldan zövq almasına mane olur. Futbol məhv olur. Bu turnir Braziliyanın qazanması üçün təşkil olunub. Ümid ediəm ki, finalda hakimlər çox müdaxilə etməz və Perunun bir şansı olar. Buradan başım dik ayrılıram və bu komanda ilə qürur duyuram. Haqq edilən hörmət göstəriləndə bu komandanın uğurlu nəticələr qazanacağını düşünürəm".

Xəbər xətti