Roman Qriqorçuka son şans verildi

Qazaxıstanın "Astana" klubu ukraynalı baş məşqçisi Roman Qriqorçuku istefaya göndərə bilər.

 

Sportal.az sport.ua-ya istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın son oyunlardakı çıxışından narazı qalıb.

 

"Astana" Çempionlar Liqasının I təsnifat mərhələsində Rumıniyanın ÇFR klubunu mübarizədən kənarlaşdıra bilməsə, 54 yaşlı mütəxəssislə yolları ayıracaq.

 

Qriqorçukla yollar ayrılsa, onun əvəzinə həmyerlisi Yuri Vernidub gətiriləcək. Vernidub 2011-2019-cu illədə "Zorya" klubunun baş məşqçisi olub.

 

Qeyd edək ki, Roman Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ"ni çalışdırıb.

Tarix: 7 İyul [12:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio