Misirin şok məğlubiyyətindən sonra federasiya prezidenti və baş məşqçi istefa verdi

13:13 - 7 İyul 2019

Afrika Millətlər Kubokunun 1/8 finalında Cənubi Afrika Respublikasına uduzaraq, mübarizəni erkən dayandıran Misir Futbol Federasiyasının prezidenti Hani ABo Rida istefa verib.

 

Sportal.az xəbər verir ki, qurum prezidenti ilə yanaşı, milli komandanın meksikalı baş məşqçisi Xavyer Aqirre və köməkçiləri də istefa verib.

 

60 yaşlı mütəxəssis ötən il Misirin baş məşqçisi təyin edilmişdi. 

Xəbər xətti