Sənan Qurbanov: "Oyunçularda istək hiss olunur"

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununda Ukraynanın “Mariupol” klubuna 2:1 hesabı ilə qalib gəlib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanov görüş və hazırlığın arxada qalan hissəsi barədə fikirlərini açıqlayıb: 

 

“Toplanışın ilk günündən futbolçuların istəkli olmaları sevindiricidir. Bu gün ilk yoxlama matçını keçirdik. İki gün öncə ağır fiziki hazırlıq yerinə yetirib, dünən bir məşq etmişdik. “Mariupol”la görüş sürət baxımından çox yaxşı oyun oldu. Komandanın həm texniki, həm də sürətli olmasından razı qaldım. Oyunçularda istək hiss olunur”.

 

Qurbanov ilk oyununu keçirən yeni transfer Merab Qiqaurinin çıxışından və komandanın meydanda özünü yaxşı tərəfdən göstərməsindən də razı qalıb: “Merab baxdığımız, potensialına inanaraq heyətə qatdığımız futbolçudur. Bu gün meydanda yaxşı hərəkətli idi. Həm onun, həm komandanın oyunundan razı qaldım. Qələbə qazandıq ki, bu da komandanın əhval-ruhiyyəsi üçün yaxşıdır. Futbolçuların uduzmaq istəməməsi matçın gedişində hiss olunurdu. Çox yaxşı mübarizə apardılar, qələbə qazandılar. Rəqib də Ukrayna Premyer Liqasında mübarizə aparan çox ciddi komandadır. Futbolçular yaxşı əzmkarlıq göstərdilər. Xarakter nümayiş etdirdilər”.

Tarix: 7 İyul [22:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Oktyabr 2019
14  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio