Messiyə iki illik cəza verilə bilər

10:55 - 8 İyul 2019

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) Argentina milli komandasının kapitanı Lionel Messini cəzalandıra bilər.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, buna səbəb 32 yaşlı hücumçunun qurumu korrupsiyada ittiham etməsi və Kopa Amerika-2019-da Braziliyanın qalib olması üçün təşkil olunduğunu deməsidir.

 

CONMEBOL Messini iki il yarışlarından kənarlaşdıra bilər. Əgər belə olsa, ulduz futbolçu Kopa Amerika-2020-də və DÇ-2022-nin seçmə mərhələ oyunlarında çıxış etməcəyək.

Xəbər xətti